Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yevlaxda yol qəzasında iki qardaş yaralanıb

155 Baxış

Bakı-Qazax avtomobil yolunda iki yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə magistral yolun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

“Ford” markalı kiçik tutumlu yük maşını uzun qoşqulu digər yük avtomobilinə çırpılıb. Qəza nəticəsində “Ford”un sürücüsü, Qəbələ rayon sakini 1994-cü il təvəllüdlü Vüsal Əlilli ağır, onun qardaşı isə yüngül xəsarət alıb.

Hər iki şəxs xəstəxanaya aparılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678