Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gənclər təşkilatları Qələbə münasibətilə Ulu Öndərin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib – FOTO

150 Baxış

Noyabrın 10-da müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun döyüş meydanında əldə etdiyi ardıcıl zəfərlər nəticəsində Ermənistanla Azərbaycan arasında münaqişəyə ölkəmizin qələbəsi ilə son qoyulması münasibətilə gənclər təşkilatlarının təmsilçiləri Ümummilli Lider Heydər Əliyevin  məzarını və Şəhidlər Xiyabanını ziyarət edilər.

Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edən gənclər Ulu Öndərə hörmət və ehtiramlarını ifadə etmişlər. Daha sonra Şəhidlər Xiyabanını ziyarət edən gənclər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhunu yad edərək, bu günki qələbəyə gətirən yolda şəhidlərimizin müqəddəs rolunu qeyd ediblər.

Ziyarət zamanı gənclər Müzəffər Ali Baş Komandanı vəsf etmiş, Azərbaycan bayraqlarını dalğalandırmışlar. Azərbaycanın əzəli torpaqlarının 30 ildir ki, davam edən işğalına son qoyduğu, 1 milyon qaçqın və məcburi köçkünlərimizin öz doğma torpaqlarına qayıtmaq arzusuna qovuşmağına şərait yaratdığı üçün Azərbaycan gəncliyi adından Azərbaycan Respublikasının Prezidentinə təşəkkür ifadə edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678