Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Millət vəkili Emin Hacıyev “Məşğulluq Marafonu”na qoşulub – VİDEO

126 Baxış

Rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində tarix yazaraq əzəli və əbədi torpaqlarımızı işğaldan azad etdi, böyük bir Zəfərə imza atdı.

Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman övladlarımızı- şəhidlərimizi böyük hörmət və ehtiramla yad edir, qazilərimizlə qürur duyuruq!

Bütün fəaliyyətimiz dövrü şəhidlərimizin ailə üzvlərini və qazilərimizi diqqətdə saxlamağı, onların problemlərini həll etməyi özümüzə ən başlıca vəzifə, mənəvi borc bildik.

Hazırda Zəfər tariximizi yazanların -Vətən Müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərimizin işlə təminatına dəstək məqsədilə “Məşğulluq Marafonu”  keçirilir. 

Əziz dostlar, mən də öz növbəmdə Vətən müharibəsi şəhidlərimizin ailə üzvlərinin və müharibədə yaralanmış qəhrəmanlarımızın, qazilərimizin işlə təminatına dəstək olmaq məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə təşkil olunmuş “Məşğulluq marafonu”na qoşularaq sahibkarlarımıza üz tutur və bütün işəgötürənləri bu humanist layihədə iştirak etməyə dəvət edirəm. Sahibkarları şəhidlərimizin bizə əmanət buraxdığı ailə üzvlərinin və sağlamlıqlarını qurban vermiş qazilərimizin məşğulluq təminatına, işlə təmin olunmaqlarına dəstək olmağa çağırıram.

“Məşğulluq marafonu” kampaniyasında iştirak etmək istəyən işəgötürənlərdən mövcud və ya yeni yaradılmış vakansiyaları Dövlət Məşğulluq Agentliyinə təqdim etmələrini xahiş edirəm. Yeni yaranmış bu vakansiyalar şəhid ailəsi üzvlərinin və qazilərimizin işlə təmin olunması üçün istifadə ediləcək.

Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678