Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kirayə qaldığı evdən böyük məbləğdə pul oğurlayan şəxs saxlanıldı – FOTO

120 Baxış

Tovuz Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini ona məxsus evdən nağd pulun oğurlandığını bildirib.

Daxil İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, şöbənin əməkdaşları dərhal həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər.

Məlum olub ki, vətəndaşın evindən 2 550 manat pul oğurlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, həmin evdə kirayənişin qalan Fariz İsgəndərov saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxs ev sahibəsinin toy mərasiminə getdiyini, əvvəlcədən evdə pul olduğunu bildiyini və pəncərədən daxil olaraq pulu oğurladığını etiraf edib.

F.İsgəndərov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678