Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Baş prokurorluq ANAMA əməkdaşının minaya düşməsi haqqında – YENİLƏNİB

118 Baxış

06 avqust 2021-ci il tarixdə saat 09 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Ağdam rayonunun Baş Qərvənd kəndinə ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı 1990-cı il təvəllüdlü Əliyev Fərid Əlimusa oğlu piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Baş Prokurorluqdan verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

09:58

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əməkdaşı minaya düşüb. 

Oxu.Az-ın məlumatına görə, ANAMA-nın əməkdaşı Fərid Əliyev Ağdamın işğaldan azad olunan ərazisində yeni çəkiləcək yolu minalardan təmizləyən zaman xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678