Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Zəngəzur” nəqliyyat dəhlizinin layihəsi hazırlanır – RƏSMİ

122 Baxış

“Hazırda, Naxçıvan Muxtar Respublikasına çıxışa imkan verən “Zəngəzur” nəqliyyat dəhlizinin layihəsi hazırlanır”.

Oxu.Az xəbər verir ki, bu barədə bu gün keçirilən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2021-ci ilin 6 ayı ərzində  yerinə yetirilmiş işlər barədə hesabat konfransında  Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov məlumat verib. 

O bildirib ki, “Zəngəzur” nəqliyyat dəhlizinin Azərbaycan tərəfindəki Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd hissəsinin uzunluğu 123.8 kilometrdir:

“Yol 4-6 hərəkət zolaqlı olacaq. Yolun layihəsi hazırlanır və paralel olaraq tikintisi aparılır. Avtomobil yolunun 2024-ci ildə başa çatdırılması nəzərdə tutulur”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678