Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyədə yanğınla mübarizə aparan FHN əməkdaşlarının yeni görüntüləri – FOTO/VİDEO

121 Baxış

10 gündür Türkiyədə davam edən meşə yanğınları ilə mübarizəyə yardım edən Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının yeni görüntüləri yayılıb.

Görüntülərdə FHN əməkdaşlarının peşəkarlıqla işlərini yerinə yetirdiyi əksini tapıb.

Yanğınsöndürənlərimizin səyi nəticəsində bir çox istiqamətlərdə meşə yanğınlarının genişlənməsinin qarşısı alınıb.

Qeyd edək ki, Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələri Türkiyəyə yola salınıb.

Yanğınsöndürmə qüvvələrinin koordinasiyalı idarəetməsinin təşkili məqsədilə isə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev də Türkiyəyə gedib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678