Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Xaçmazdan istirahətdən qayıdan ailə yol qəzasına düşüb, xəsarət alan var

132 Baxış

Xudat rayonunda yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə Xudat-Yalama avtomobil yolunda qeydə alınıb.

Bakı şəhər sakini, 1953-cü il təvəllüdlü Paskirina Lüdmila Vasilyevna yaxınları tərəfindən xəsarətlərlə Xudat təcili tibbi yardım məntəqəsinə gətirilib. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qeyd edək ki, Bakı şəhər sakinləri ailəvi olaraq istirahətdən geri qayıdarkən qəzaya düşüb.

Faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678