Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Samur-Abşeron və Samur-Dəvəçi kanallarından şikayət var: “Ölümlə üz-üzəyik” – FOTO

133 Baxış

Samur-Abşeron və Samur-Dəvəçi suvarma kanallarının keçdiyi Quba rayonunun Gədikqışlaq kəndinin sakinləri bu kanalların həm özləri, həm də heyvanları üçün ölüm təhlükəsi yaratmasından şikayətçidir.

Bununla bağlı “Report”a məlumat verən vətəndaşlar bildirib ki, kanalların mühafizə zolağında təhlükəsizlik tədbirləri normal təşkil olunmayıb.

Odur ki, hər il həm bu kəndin, həm də kanallarla əhatə olunmuş digər kəndlərin sakinlərindən suya düşərək boğulanlar olur.

“Report”un əməkdaşı məsələ ilə bağlı araşdırma aparmaq üçün kanalların keçdiyi kəndlərdə olub, daha sonra isə Samur-Abşeron Kanalının İstismarı İdarəsinin baş mühəndisi Tahir Quliyevlə əlaqə saxlayıb. O, sözügedən problemlə tanış olduqlarını, bununla bağlı hökumətə təkliflər verdiklərini və cavab gözlədiklərini bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678