Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda koronavirusla bağlı son vəziyyət AÇIQLANDI – RƏSMİ

136 Baxış

“Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artıb. Lakin ağır xəstələrin sayında, həmçinin ölüm faizində artım müşahidə edilmir”.

Bunu Səhiyyə Nazirliyinin Media və Kommunikasiya şöbəsinin rəhbəri Pərviz Abubəkirov bildirib. 

Onun sözlərinə görə, bunun səbəbi ölkədə vaksinasiya prosesinin aktiv fazada davam etdirilməsidir:

“Vətəndaşlar vaksinasiya prosesində nə qədər aktiv iştirak edərlərsə, ağırlaşmalar və ölüm faizi bir o qədər də azalar.

Vaksinasiyanın əhəmiyyəti infeksiyaya qarşı orqanizmdə immunitetin yaranmasına nail olmaqla xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaqdır. Vaksinasiyanın tətbiq edilmədiyi günlərdə yoluxma və ölüm sayı ilə hazırkı vəziyyətin müqayisəli təhlili göstərir ki, hazırda  ölüm göstəricisi olduqca aşağıdır”. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678