Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda elektrik avtomobillərin sayının artırılmasına necə nail olmaq mümkündür? – FOTO

101 Baxış

“Azərbaycanda elektrik avtomobillərin sayının artırılmasına necə nail olmaq mümkündür?” mövzusu ətrafında mediada başlanan müzakirələr aidiyyəti qurumların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə davam etdirilib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Avtonəqliyyat vasitələrinin ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərinin azaldılmasını və Azərbaycanda ekoloji cəhətdən təmiz elektrik avtomobillərin istifadəsinin təşviqini hədəfləyən görüşdə Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat, Energetika, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Dövlət Gömrük Komitəsinin əməkdaşları, QHT və ictimaiyyət nümayəndələri ölkədə elektrik avtomobillərin sayının artırılmasına yönələn fəaliyyətləri müzakirə ediblər. 

İştirakçılara Azərbaycanda və dünyada bu sahədə mövcud olan tendensiyalar barədə müqayisəli məlumatlardan ibarət təqdimat və videoçarx nümayiş etdirilib.

Müzakirələrin yekunu olaraq səsləndirilən təkliflərin təhlil edilərək Nazirlər Kabinetinə təqdim olunması qərara alınıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678