Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vətən müharibəsi şəhidimizin doğum günü qeyd olunub – FOTO

136 Baxış

44 günlük Vətən müharibəsində fəal iştirak edən baş-leytenant Şıxıyev Vüqar Xalid oğlunun bu gün cənnətdəki ilk ad günü qeyd edilib.

Mərasimdə şəhid ailələri, müharibə iştirakçıları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Çıxış edənlər Vüqarın keçdiyi şərəfli ömür yolundan danışıb və onun kimi qəhrəman oğullarla hər zaman fəxr etdiklərini bildiriblər. Vüqar Şıxıyevin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub və ailə üzvlərinə başsağlığı verilib.

Daha sonra tədbir Vüqarın xatirəsinə inşa olunmuş bulağın açılışı ilə davam edib.

Tədbirdə İ.Həsənov adına İsmayıllı şəhər 1 saylı tam orta məktəbinin şagirdləri tərəfindən hazırlanmış kompozisiya nümayiş etdirilib. Vüqarın ailə üzvləri və yaxınları onunla həmişə fəxr etdiklərini söyləyib, göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər. 

Şıxıyev Vüqar Xalid oğlu 1971-ci ildə İsmayıllı şəhərində anadan olub. 1978-ci ildə İ.Həsənov adına İsmayıllı şəhər 1 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olub. Məktəbin ictimai tədbirlərində fəal iştirak edib. 1987-ci ildə riyaziyyat üzrə respublika olimpiadasında iştirak edərək fəxri fərmanla təltif edilib.

1988-ci ildə Azərbaycan Texnologiya Universitetinin Maşınqayırma fakültəsinə qəbul olub, 1992-ci ildə oranı bitirib və ona leytenant hərbi rütbəsi verilib.

Hərbi xidmətini Tovuz rayonunda “N” saylı hərbi hissədə edib.

2020-ci il sentyabr ayında başlayan Vətən müharibəsində Vüqar Talış və Suqovuşan istiqamətində gedən döyüşlərdə artilleriya zabiti kimi fəal iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Vüqar Şıxıyev “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678