Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şəmkirdə yük avtomobili aşıb, xəsarət alanlar var

131 Baxış

Şəmkir rayonunda idarəetmədən çıxan kiçik tutumlu yük avtomobili aşıb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, yol-nəqliyyat hadisəsi rayonun Kür qəsəbəsi ərazisində qeydə alınıb.

Hərəkətdə olan kiçik tutumlu yük avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü və sərnişin xəsarət alıb.

Onlara hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının həkimləri tərəfindən ambulator yardım göstərilib. Hər iki şəxs xəstəxanaya getməkdən imtina edib.

Qeyd edək ki, avtomobilin yük yerində alkoqolsuz içkilər olub.

Faktla bağlı araşdırmalara başlanılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678