Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

FHN-in Türkiyədə baş vermiş meşə yanğınları ilə mübarizəsinin yeni görüntüləri – FOTO/VİDEO

144 Baxış

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin qüvvələri qardaş Türkiyənin Köycegiz bölgəsinin Köycegiz, Pınar, Karayer, Kavacık, Cayhisar, Otmanlar rayonu, Kavaklı dərə bölgəsinin Hüseyn Yayla rayonu və Məntəşə bölgəsinin Yılanlı rayonunda yanğınlarla mübarizə aparıblar.

Nazirlikdən verilən məlumata görə, bu rayonlarda müvafiq olaraq yanğınların kəşfiyyatı, söndürülmə və soyutma tədbirləri həyata keçirilib, yanğınların yayılması və infrastruktur obyektlərinə keçməsinin qarşısı alınıb.

Yanğınsöndürmə əməliyyatlarının mürəkkəb relyefli dağlıq ərazilərdə həyata keçirilməsinə baxmayaraq, bir sıra istiqamətlərdə təcili və təxirəsalınmaz tədbirlər çərçivəsində yanğınsöndürmə və xilasetmə bölmələri gecə saatlarında da fəaliyyətlərini davam etdiriblər.

FHN-in yanğın-xilasetmə qüvvələri Türkiyəli yanğınsöndürənlərlə birgə koordinasiyalı şəkildə fəaliyyət göstərirlər.

Bundan başqa, Köycegiz istiqamətində yanğınsöndürmə əməliyyatlarına cəlb edilən FHN-ə məxsus “BE-200ÇS” tipli amfibiya təyyarəsi ötən sutka ərzində 6 dəfə uçuş həyata keçirməklə 57 ton, helikopter isə 21 dəfə uçuş həyata keçirməklə 53 ton su töküb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678