Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Doğum günündə nəşi tapılan şəhid “Sənanın hekayəsi”… – VİDEO

118 Baxış

Vətən Müharibəsi şəhidi Sənan Abdullayevə qısa film həsr edilib.

“Qafqazinfo” xəbər verir ki, filmdə şəhidimizin Vətən Müharibəsinə yollananadək keçdiyi ömür yolu dostlarının, iş yoldaşlarının dilindən izləyicilərə təqdim edilib.

Vətən uğrunda canını verən bir çox şəhidimiz kimi, Sənanı da cəbhədə Tovuz döyüşləri səsləyib. Məhz Tovuz döyüşləri zamanı könüllü olaraq orduya yazılan Sənan sentyabrın 30-da döyüşlərə yollanıb.

O, Füzulinin düşmən tapdağından azal edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 1-də snayper gülləsinə tuş gələn igidimiz şəhidlik zirvəsinə ucalıb. Onun nəşi doğum günündə – noyabrın 1-də tapılıb və noyabrın 20-də İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Daha ətraflı “Sənanın hekayəsi”ndə:


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678