Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Bandotdel”in əməliyyatı ilə tutulan şəxslərə ağır cəza verildi

145 Baxış

Xüsusi əməliyyatla saxlanılan narkotacirlər Elçin Xuduyev və Elman Muradovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Turanmedi.az “Qafqazinfo” istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyat zamanı tutulan hər iki şəxsə hökm oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Xuduyev 13 il 6 ay, Elman Muradov isə 14 il müddətinə azadlıqdan məhrum ediliblər.

Onlar külli miqdarda narkotik vasitəni İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirmək və satmaqda ittiham olunurdu. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678