Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Prokuror Neftçalanın sabiq icra başçısına və müavinlərinə cəza istəyib

119 Baxış

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı İsmayıl Vəliyev, RİH-nin keçmiş başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və Tikinti Şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun onunla birgə saxlanılan digər vəzifəli şəxslərin məhkəmə iclası davam etdirilib.

Turanmedia.az-ın “Report”a istinadən xəbərinə görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı cinayət işi üzrə digər təqsirləndirilən Neftçala Rayon İcra Hakimiyyəti başçısının keçmiş birinci müavini Vurğun Əkbərova 10 il cəza istəyib.

Prokuror icra başçısının digər müavini Gültəkin Sadıqovun, Memarlıq və Tikinti Şöbəsinin müdiri Vüqar Nağıyevin, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimovun 8 il 6 ay, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun 9 il, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini xahiş edib.

Daha sonra vəkillər müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyiblər.

Proses növbəti həftə davam edəcək. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678