Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hava şəraiti yenidən pisləşəcək, yağış, qar yağacaq

106 Baxış

Ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək.

Turanmedia.az xəbər verir ki,  Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 29-u axşamdan 30-u gündüzədək, qısa fasilədən sonra 31-i axşamdan noyabrın 1-i səhərədək arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

 

Azərbaycanın rayonlarında oktyabrın 29-u axşamdan 30-u gündüzədək, qısa fasilədən sonra 31-i axşamdan noyabrın 1-i səhərədək ölkə ərazisində hava şəraitin qeyri sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur. //Turanmedia.az

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678