Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakı sakini küçədə bıçaqlandıqdan sonra aqonal vəziyyətə düşüb

122 Baxış

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Turanmedia.az APA-ya istinadən xəbər verir ki, hadisə metronun Həzi Aslanov stansiyasının yaxınlığında baş verib.

Belə ki, 1982-ci il təvəllüdlü Fərzəliyev Azər Bayraməli oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Yaralı çoxlu qan itirib. O, aqonal (canvermə – red.) vəziyyətdə 3 saylı şəhər xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşları araşdırma aparır. Hadisəni törədən və ya törədənlərin axtarışı davam etdirilir. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678