Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Paşayeva Qaraqalpağın baş naziri ilə görüşdü

118 Baxış

Özbəkistanın Qaraqalpaqıstan Respublikasında və Xarəzm vilayətində keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Nukusda səfərdə olan Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Qaraqalpaqıstan Nazirlər Kabinetinin sədri Qəhrəman Sarıyevlə görüşüb.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, görüşdə qarşılıqlı əlaqələrlə bağlı mövcud vəziyyət, mədəni əməkdaşlıq, gələcək planlar barədə fikir mübadiləsi aparılıb.

Q.Sarıyev Qaraqalpaqıstan Respublikasının tarixi, mədəniyyəti, Azərbaycanla tarixi bağlar haqqında danışıb, Özbəkistan və Azərbaycan prezidentləri Şövkət Mirziyayev və İlham Əliyev arasında olan dostluq əlaqələri, dövlət başçılarının görüşləri barədə danışıb. O, Qaraqalpaqıstanda ilk dəfə Azərbaycan mədəniyyət və ədəbiyyat günlərinin keçirilməsini yüksək qiymətləndirib.

Qənirə Paşayeva ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlıq, dövlət başçıları arasında səmimi görüşlər barədə fikirlərini bölüşərək, mədəniyyət günlərinin keçiriliməsinin əsas məqsədinin əlaqələrin daha da genişlənməsi, milli mədəniyyətimizin tanıdılması olduğunu bildirib. O, mədəniyyət günləri çərçivəsində maraqlı görüşlərin keçirildiyini, Qaraqalpaqıstanla əməkdaşlığın genişlənləndirilməsinin xüsusi əhəmiyyətini qeyd edib:

“Ümidvaram, işbirliyimizi genişləndirmək məqsədilə Azərbaycanın ali təhsil ocaqları ilə Qaraqalpaqıstan ali təhsil ocaqları arasında əlaqələrin yaradılması, o cümlədən müəllim və tələbə mübadiləsi, mədəniyyət, incəsənət ustalarının qarşılıqlı səfərlərinin təşkili, turizm sahəsində sıx əməkdaşlığın qurulması, QHT və KİV-lər arasında əməkdaşlıq barədə planlar təqdirəlayiqdir. Bizlər bütün əməli fəaliyyət sahələri üzrə işbirliyini gücləndirməliyik; bununçün yaxşı imkan da var, istək də, ehtiyac da…

Məsələn, daha praktik təkliflə çıxış etsək, rəhbəri olduğum “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB vasitəsilə Qaraqalpaq ədəbiyyatı antalogiyası və folklorunun Azərbaycan dilində nəşrini öz üzərimizə götürdüyümüzü bildirmək istərdim. Bildirmək istərdim ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Xəzər Universiteti ilə Nukus Dövlət Pedaqoji Universiteti arasında əlaqələrin yaradılmasına, mədəniyyətlə bağlı müxtəlif tədbirlərin keçirilməsinə, Qaraqalpaqıstan şairlərini Azərbaycana dəvət edərək ədəbiyyat günlərinin təşkilinə dəstək olmağa çalışacağıq.

İcazə verin, yüksək qonaqpərvərliyə, Azərbaycanla əlaqələrə verdiyiniz önəmə görə Sizə, Sizin şəxsinizdə bütün Qaraqalpaqıstan rəhbrliyinə və xalqına təşəkkürlərimizi yetirim”.

Görüşdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, səfirliyimizin I katibi Samir Abbasov və tanınmış özbək alim, tarixçi Şuxrat Salamov iştirak edib. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678