Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nərə balığı satan şəxs cəzalandırılıb

120 Baxış
Şabranda qanunsuz ovlanmış balıqların satışı ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə araşdırılıb.

Turanmedia.az xəbər verir ki, ETSN-dən APA-ya verilən məlumata görə, Xidmət rəisi Hikmət Əlizadə bildirib ki, Şabranda fəaliyyət göstərən mərkəzi kənd təsərrüfatı bazarında aparılan araşdırmalar zamanı rayon sakini İlham Məmmədov tərəfindən digər balıqlarla yanaşı ovlanması qanunla qadağan olunmuş nərə balığının satılması faktı aşkar olunub:

“Faktla bağlı akt tərtib edilib və təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb”.

H.Əlizadə onu da qeyd edib ki, qanunsuz balıq ovunun və satışının qarşısının alınması istiqamətində bütün bölgələrdə monitorinqlər davam etdirilir. //Turanmedia.az
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678