Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qazaxda qəza zamanı 2 nəfər xəsarət alıb

122 Baxış
Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

Turanmedia.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mersedes” markalı minik maşını ilə digər minik avtomobili toqquşub. Qəza zamanı 54 yaşlı Əhmədov Bahadur və 26 yaşlı Əhmədov İlham xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. //Turanmedia.az 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678