Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Valideynlərindən birini itirmiş azyaşlı uşaqlar necə himayə olunmalıdır? – TƏKLİF

128 Baxış

11 yaşlı qızın zorakılığa məruz qalması, dünyaya övlad gətirməsi dəhşətli olay olması ilə yanaşı, cəmiyyətimiz üçün ciddi narahatlıq doğurur. Azərbaycan Yüksəliş (AY) Partiyası bu olaydan yola çıxaraq, valideynlərindən birini itirmiş azyaşlı və yeniyetmələrlə bağlı təkliflər paketi hazırlayıb, ictimaiyyətə təqdim edərək geniş müzakirə aparacaq və yekun sənədi müvafiq dövlət qurumlarına təqdim edəcək.

Turanmedia.az xəbər verir ki, bununla bağlı KONKRET.az-a ətraflı məlumat verən partiya başqanı Anar Əsədli bildirib ki, başqanlıq heyətində bu məsələ xüsusi müzakirə edilib: “Paketin ana xətti valideynlərindən birini itirmiş azyaşlı və yeniyetmələrin 18 yaşına qədər dövlət tərəfindən himayə altına alınması, hüquqlarının qorunması olacaq. Burada maddi deyil, daha çox hüquqi, mənəvi himayədən söhbət gedir. Hər bir insan ikinci dəfə ailə qura bilər, bu, onun müstəsna hüququdur. Amma dövlət öz gələcəyinə, yəni yeni yetişən vətəndaşının taleyinə biganə yanaşmamalıdır.

Dövlət hesab edirsə ki, 18 yaşına çatmamış şəxslərin evlənmək, səs vermək və s. hüquqları yoxdur, eyni məntiqlə bir valideyni olan uşaqlara da sahib çıxmalı, uşaq 18 yaşa çatana qədər tək valideynin hüququnu bəzi məsələlərdə məhdudlaşdırmalıdır. Məsələn, uşağın kiminlə qalması ilə bağlı fikrinin soruşulması və ya məhdud şəkildə valideynin yeni ailəsinin yanında vaxt keçirilməsi və s. hüquqi məsələlər təkliflər paketində yer alacaq”.

“Uşaq hüquqları haqqında” AR qanununun yenidən və daha ciddi şəkildə işlənməsinə ehtiyac olduğunu diqqətə çatdıran A.Əsədli onu da əlavə edib ki, icra hakimiyyətlərindəki qəyyumluq şöbələrinin fəaliyyətindən isə danışmağa dəyməz. //Turanmedia.az
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678