Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vətən müharibəsinin xronikası: 1 noyabr

110 Baxış

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Turanmedia.az KONKRET.az Vətən müharibəsinin xronikasını təqdim edir.

– Prezident İlham Əliyev Türkiyənin Xarici İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

– Müdafiə Nazirliyi cəbhədə noyabrın 1-nə olan son vəziyyəti açıqlayıb. Düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb. Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub.

 

– Düşmən Tərtər və Ağcabədi rayonlarının ərazisini atəşə tutub.

 

– Düşmənin döyüş sursatı yüklənən hərbi yük maşınları məhv edilməsinin videogörüntüsü yayılıb. Düşmənin iki ədəd “Qrad”ı məhv edilib.

 

– Düşmənin iki artilleriya batareyası məhv edilməsinin videogörüntüsü yayılıb.

 

– Düşmənin canlı qüvvəsinin məhv edilməsinin videogörüntüsü yayılıb.

 

– Düşmənin hərbi avtomobil korteji məhv edilməsinin videogörüntüsü yayılıb. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678