Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nərminə Mustafayeva: “Zəfərimizin ilk ildönümünü Türkiyədə keçirmək xüsusilə vacibdir”

116 Baxış

“Türkiyə Vətən müharibəsinin gedişində həm mənəvi, həm də diplomatik olaraq bizi dəstəklədi. Məhz bu mənada şanlı Zəfərimizin ilk ildönümünü burada birlikdə keçirməyi xüsusilə vacib hesab edirik”

Turanmedia.az xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında Vətən müharibəsindəki Zəfərin birinci ildönümü münasibətilə ölkəmizin İstanbuldakı Baş konsulluğunun təşkil etdiyi tədbirdə iştirak edən Baş konsul Nərminə Mustafayeva bildirib.

Baş konsul, tədbirdə müxtəlif ölkələrdən olan diplomatik korpus nümayəndələrinin iştirak etdiyini qeyd edib:

“Bu gün təbii ki, qızıl hərflərlə tarixə yazılıb. Biz də bundan sonra hər il bu tarixi böyük qürur hiss ilə qeyd edəcəyik. Azərbaycanın bu tarixlə əlaqədar dünya diplomatiyasında güclənmiş və yenilənmiş mövqeyi hər birimiz üçün sevindirici faktordur. Hər birimizin bayramı mübarək olsun!”. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678