Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gömrük postumuz quruldu, ermənilərin xərci ikiqat artdı

265 Baxış

Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində gömrük və sərhəd prosedurunun fəaliyyətə başlaması erməniləri çətin vəziyyətə salıb.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Gorus-Qafan yolunun Azərbaycan ərazisinə düşən 21 km-lik hissəsinə alternativ yolun artıq hazır olduğunu bildirsə də, sakinlər narazılıq edirlər.

Yerli kəndlərdən birinin (Bardzravan) rəhbəri deyib ki, alternativ yol bərbad vəziyyətdədir:

“Gorus-Qafan yoluna alternativ o vəziyyətdədir ki, əgər kiməsə təcili yardım lazım olsa, onda böyük çətinlik yaşayacaq. Kənd yollarına daş döşənib, amma asfaltlanmayıb”.

Onun sözlərinə görə, hətta bu yol tam şəkildə çəkilsə belə, yenə əvvəlki ilə müqayisədə iki dəfə artıq xərc tələb edəcək:

“Əvvəllər bizim kənddən Gorusa 35 km idisə, yeni yolla bu məsafə 70 km-ya qalxır. Gorus-Qafan yolu ilə taksi 5 min drama aparır, alternativ yolla isə 10 min drama”.

Qeyd edək ki, 11 noyabrdan Gorus-Qafan yolunda Azərbaycan gömrük və sərhəd prosedurlarına başlayıb. Bu ərazidən keçən bütün maşınlara rüsum tətbiq ediləcək və İran maşınları ilə bərabər, ermənilər də – istər minik, istərsə də yük maşınlarına görə – tranzit haqqı ödəməli olacaqlar. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678