Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

SON DƏQİQƏ! Xankəndi-Laçın avtomobil yolu BAĞLANDI

127 Baxış

Xankəndi-Laçın avtomobil yolu “erməni və Azərbaycan tərəfləri arasında insident səbəbindən” bağlanıb.

Turanmedia.az SputnikArmenia-ya istinadla xəbər verir ki, hər iki istiqamətdə nəqliyyatın hərəkəti kəsilib.

Bu gün səhər saatlarında Şuşa şəhərinin aşağı hissəsində yerləşən keçid məntəqəsində yeni insident baş verib. Noyabrın 8-də bu ərazidə öldürülmüş erməni “santexnik”in qardaşı azərbaycanlı hərbçilərə yaxınlaşaraq onlara qumbara atıb.

Yaralılar və xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Rusiya sülhməramlıları yolu bağlayıb, hətta təcili yardım maşınları da hadisə yerinə buraxılmır.

Hazırda Rusiya sülhməramlılarının iştirakı ilə Azərbaycan tərəfi ilə rabitənin bərpası ilə bağlı danışıqlar aparılır. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678