Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda DEMOQRAFİK TƏHLÜKƏ: “Son 50 ildə əhali sayı 2 dəfə yüksəlsə də, doğum azalıb”

136 Baxış
“Azərbaycanda 1970-ci ildə 151 minə yaxın körpə dünyaya gəlib. 1990-cı ildə hətta 183 min nəfərə qədər yüksəlib”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə iqtisadçı ekspert Samir Əliyev fikir səsləndirib. O bildirib ki, 2020-ci ildə doğulan körpələrin sayı 127 min nəfərə yaxın olub: “Bu isə son 17 ildə ən aşağı göstəricidir. Məlumat üçün bildirim ki, 1970-ci ildə ölkə əhalisinin sayı 5.1 milyon, 1990-cı ildə 7.1 milyon, 2020-ci ildə isə 10,1 milyon nəfərə yaxın olub. Son 50 ildə əhali sayı 2 dəfə yüksəlsə də, doğum nəinki artmayıb, hətta azalıb”.

Samir Əliyev əlavə edib ki, dünyada azalma tendensiyası müşahidə olunur: “Yaşlı qrupların payı getdikcə azalır. 1970-ci ildə doğulan körpələrin 22 faizi onların payına düşürdüsə, hazırda bu göstərici azalaraq 7 faizə enib. Əsas yük 20-34 yaş qrupuna daxil olanlardadır. Onların payı 71,4 faizdən, 83,4 faizə yüksəlib. 20-24 yaş arası anaların payının son illər azalmasına baxmayaraq, hələ də ən yüksək həddə (35%) qalmaqdadır. 20 yaşa qədər olarların payı 10 faizə yaxındır”.

İqtisadçının sözlərinə görə, BMT-nin proqnozuna inansaq, 2100-cü ildə əhali sayı 9,1 milyona düşəcək.  //Turanmedia.az
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678