Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şəhid ailələri ilə bağlı vergi güzəştləri ARTIRILIR

127 Baxış

Şəhid ailələrinə və müharibə əlillərinə göstərilən maddi yardımların gəlir vergisindən azad olunan məbləği 10 min manatdan 20 min manata qədər artırılır.

Turanmedia.az nocomment.az-a istinadən xəbər verir ki, bunu bu gün Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin geniş tərkibdə onlayn iclasında bildirib.

Qeyd edək ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin birinci oxunuşunda bu məbləğ 10 min manat olub. Beləliklə, deputatların birinci oxunuşda qaldırdığı məsələlər əsasında Vergi Məcəlləsində ikinci oxunuşda bu məbləğ artırılıb.

Eyni zamanda layihədə “Müharibədə yaralanan” anlayışı “Müharibə iştirakçıları” termini ilə əvəz olunub. //Turanmedia.az

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678