Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nazirlik: Antibiotiklərin reseptsiz satışı qadağandır

117 Baxış

“Antibiotiklərin reseptsiz satışı qanunla qadağandır”.

Turanmedia.az Apa-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti şöbəsinin müdiri Nəzifə Mürsəlova Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş dəyirmi masada deyib.

O bildirib ki, amma bununla belə bu dərmanların pərakəndə satışına rast gəlinir: “Bununla bağlı qanunda deyil, qanuna nəzarətdə boşluqlar olduğu üçün pərakəndə satış mövcuddur. Pandemiya zamanı rastlaşdığımız çətinliklər də göstərdi ki, qanunun düzgün işləməsi üçün tədbirlər görülməlidir. Elektron reseptlərin tətbiqi bu işə təkan verə bilər. Monitorinq aparılmasa, biz bu işi bir günə həll edə bilmərik. Bütün qurumların müştərək işləməsi lazımdır”.  //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678