Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yunanıstanda “Şuşa Azərbaycandır” sözləri erməniləri qorxuya saldı

168 Baxış

Yunanıstanın Saloniki şəhərində ictimai nəqliyyatda və dayanacaqlardakı “Şuşa Azərbaycandır” yazısı yayımlanıb.

Turanmedia.az nocomment.az-a istinadən xəbər verir ki, bu hadisə erməni icmasını qorxuya salıb.

Ermənistanın Yunanıstandakı səfiri Tiqran Mkrtçyan sosial şəbəkədə bu yazının silinməsini tələb edib.

Qeyd edək ki, yazı “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Yunanıstanın Saloniki şəhərində keçirilmiş Vətən Müharibəsinin başa çatmasının birinci ildönümünə həsr olunmuş məlumatlandırıcı aksiya çərçivəsində ictimai nəqliyyat və dayanacaqlardan asılıb. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678