Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ermənilər Xocavənd istiqamətində HÜCUMA KEÇDİLƏR

109 Baxış

Dünən səhər saat 11:35 radələrindən etibarən Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində atışma başlayıb.

Turanmedia.az kaim.az-a istinadən xəbər verir ki, bu barədə erməni tərəfi məlumat yayıb.

Ermənilər iddia edirlər ki, atışmaya guya, Azərbaycan Ordusunun bölmələri başlayıblar. Lakin bölgədən gələn xəbərlərdə deyilir ki, düşmən bu gün səhər saatlarında bölmələrimizə qarşı təxribata cəhd edib. Belə ki, onlar Qırımızı Bazar qəsəbəsində xidmət edən əsgərlərimizin mövqelərini atəşə tutublar. Təxribatın qarşısını almaq və düşməni susdurmaq üçün cavab tədbirləri görülür.

Məlumatlara görə, hazırda da atışma davam edir. Həmin hadisə ilə bağlı teleqram kanallarında video yayılıb. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678