Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Ulu öndər liqası” adlı “Nə? Harada? Nə zaman? formatlı İntellektual yarışma başa çatıb

159 Baxış

Turanmedia.az xəbər verir ki, 28 noyabr tarixində başlayan, Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Ulu öndər liqası” adlı “Nə? Harada? Nə zaman?  formatlı İntellektual yarışma  12 dekabr tarixində keçirilən final görüşü ilə başa çatıb. Mingəçevir Turizm Kolleci tərəfindən həyata keçirilən liqanın məqsədi Heydər Əliyevin həyatı, onun yaradıcılığı, Azərbaycan xalqının və dövlətinin inkişafı üçün göstərdiyi xidmətləri gənclər arasında təbliğ edərək gələcək nəsillərə ötürməkdir. Heydər Əliyevin ölkədə hər bir sahə ilə bərabər xüsusilə təhsilə və gənclərə göstərdiyi qayğının düşünülmüş uzunmüddətli siyasi xətt olaraq hazırki real nəticəsi ölkədə bir sıra strateji vəzifələrdə gənc kadrların mövqe tutmasıdır. Liqanın hədəf qrupu olan gənclər məhz Heydər Əliyevin miras qoyduğu siyasi xəttə sadiq qalmaqla həm gənclər, həm də təhsil sahəsində fəallıq nümayiş etdirirlər.

Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş liqada kollecin gəncləri fəal iştirak edib. Liqada ümumilikdə 11 komanda olmaqla 60-dan çox tələbə iştirak edib. Maraqlı və eyni zamanda gərgin mübarizə ilə yadda qalan liqada son dövrlərin favoriti olan “Dəmir Yumruq” komandası birinci, “Zəka” komandası ikinci, “Birlik” komandası üçüncü yerə sahib olublar. Mingəçevir Turizm Kollecinin tələbələrinin son zamanlarda intellektual sahədə göstərdikləri uğurlar, onların istək və təklifləri nəzərə alınmaqla bu kimi layihələrin davamlı təşkili nəzərdə tutulub.

Esmira Hidayətova //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678