Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

DİN-dən razılaşdırılmamış aksiya keçirmək istəyənlərə XƏBƏRDARLIQ

106 Baxış

Turanmedia.az xəbər verir ki, sosial şəbəkələrdə dekabrın 15-də saat 12:00-da paytaxtın Fəvvarələr Meydanında razılaşdırılmamış qanunsuz aksiya keçirmək barədə çağırışlar edirlər. Buna münasibət bildirən DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, belə çağırışlardan artıq xəbərdardırlar:

“Dekabrın 1-də olduğu kimi bu dəfə də ictimai asayişin qorunması məqsədilə müvafiq tədbirlər görüləcəkdir. Bu zaman yarana biləcək hər hansı instidentin məsuliyyəti qeyd olunan aksiyanın təşkilatçılarının üzərinə düşəcəkdir”. //Turanmedia.az

Mənbə: oxu.az

 

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678