Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Brüsseldə İlham Əliyevlə Nikol Paşinyan arasında təkbətək görüş keçirildi

115 Baxış

Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında təkbətək görüş keçirilib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, sözügedən görüş Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı nahar əsnasında baş tutmuş üçtərəfli görüşdən sonra olub.

İkitərəfli görüşün sonunda Şarl Mişel yenidən müzakirələrə qoşulub.

Qeyd edək ki, bu, İkinci Qarabağ müharibəsindən sonra iki ölkə rəhbəri arasında ilk təkbətək görüşdür. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678