Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevirin polis rəisi məktəblərdə davamlı maarifləndirici tədbirlər keçirir.

400 Baxış

Mingəçevir şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev orta məktəblərdə narkomaniya və digər zərərli vərdişlərə qarşı polis əməkdaşları ilə birgə məktəblərə gələrək bu mövzularla bağlı maarifləndirici tədbirlər keçirirlər. Məqsəd gələcəyimiz olan gənclərin və yeniyetmələrin diqqətini narkotik maddələrin insan sağlamlığına, onun maddi və mənəvi aləminə vurduğu zərərlərə yönəltmək və narkomaniya ilə mübarizədə hər kəsi daha aktiv olmağa səsləməkdi.Bu gün bu məqsədlə şəhərin 3 saylı tam orta məktəbində “Narkomaniyaya yox deyək “və digər zərərli vərdişlərə qarşı maarifləndirici tədbir keçirilib. Əvvəlcə məktəbin direktoru Gültəkin Quliyeva çıxış edərək zərərli vərdişlərlə mübarizədə maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayaraq, yeniyetmələri sağlam həyat tərzi keçirməyə, ətraf aləmin gözəlliklərindən – təbiətdən, kitablardan, maraqlı insanlarla ünsiyyətdən zövq almağa, faydalı bilik və bacarıqlar öyrənməyə çağırdı.Daha sonra Mingəçevir şəhər Polis şəbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev şagirdlərə narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışaraq, bu maddələrin fəsadları barədə geniş məlumat verib.
Daha sonra Narkomaniyaya qarşı mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Emir Cavadov çıxışı zamanı narkomaniyanın törətdiyi fəsadlardan ətraflı məlumat verib. Slaydlar vasitəsi ilə şagirdlərə narkotik vasitələri göstərilib və onların təhlükələri barədə izah edib.
Digər polis əməkdaşları “Erkən nikah və onun törətdiyi fəsadlar”, “Cinayət məsuliyyəti daşıyan və təhlükəli erkən nikah”, “Dini fanatizm, radiklizm, ekstremizmin mahiyyəti və təhlükələri” və” yol hərəkəti qaydalarına əməl edək “ ilə bağlı mövzularda çıxışlar ediblər. Narkoloji Dispanserin həkimi Eldar Mustafayev isə narkomaniyaya qurşananlarda QİÇS-ə yoluxma ehtimalı daha çoxdur deyib.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb və onlara tövsiyələr verilib.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678