Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Maşını cərimə meydançasına aparılan şəxs özünü YANDIRDI – RƏSMİ AÇIQLAMA

109 Baxış

1000 manatdan çox cərimə borcu olan vətəndaş özünü yandırıb.

Turanmedia.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən KONKRET.az-a bildirilib ki, bu gün günorta saatlarında 1070 manat cərimə borcu olduğuna görə avtomobili duracağa yerləşdirilən paytaxt sakini Azər Səfərov Bakı şəhər DYPİ-yə gələrək əməkdaşlardan avtomobilinin təcili buraxılmasını tələb edib:

“Ona izah olunub ki, yalnız cəriməni ödədikdən sonra avtomobil buraxılacaq. Sürücü bundan əsəbiləşərək, polis əməkdaşlarını təhqir edib, “görün başınıza nə oyun açacam?!” dedikdən sonra üzərində olan benzinlə özünü yandırmağa cəhd edib.

Yaxınlıqda olan polis əməkdaşları və digər şəxslər tərəfindən cəhdin qarşısı alınıb. Ayağından yüngül yanıq xəsarəti alan sürücüyə ilkin tibbi yardım göstərilib”.

DİN-dən qeyd edilib ki, hazırda Yasamal RPİ-nin 28-ci Polis Bölməsində araşdırma aparılır:

“Qeyd edək ki, sürücü – 31 yaşlı A.Səfərov əvvəllər qəsdən bədənə ağır xəsarət yetirdiyinə və adam öldürməyə cəhdə görə məhkumluq həyatı yaşayıb”. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678