Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rumıniya mediası Əliyevin Brüssel səfərindən yazır

133 Baxış

Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək üçün Brüsselə işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlər və verdiyi bəyanatlar Rumıniya mətbuatı tərəfindən geniş işıqlandırılıb. Ölkənin qabaqcıl KİV-i AGERPRES milli xəbər agentliyi, “G4Media” və “Adevarul” nəşrləri, “News24hours” xəbər portalı Brüssel səfərini diqqət mərkəzində saxlayıb.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, portallarda Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, NATO-nun Baş katibi Yens Stoltenberq, eləcə də Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla, Fransa Prezidenti Emmanuel Makron və Ermənistan Respublikasının baş naziri ilə birgə görüşləri, keçirilən mətbuat konfransları barədə geniş materiallar dərc edilib. Təqdim olunan materiallarda Azərbaycanın haqlı mövqeyi, Vətən müharibəsindən sonra regionda yaranmış vəziyyət, Prezident İlham Əliyevin söylədiyi fikirlər əksini tapıb. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678