Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Beşqat dünya çempionumuz: “Anam yolpulumuz üçün qızıllarını satdı” – VİDEO

138 Baxış

Rusiyada keçirilən yarışa getməyə yolpulumuz yox idi. Müəllimlər tələbələri yığıb yarışa aparırdılar. Həmin vaxt anam öz qızıllarını satdı və atamla birgə məni yarışa yolladı. Biz qatarla getdik və yarışa 3 saat qalmış ora çatdıq”.

 

Turanmedia.az xəbər verir ki, bu sözləri Azərbaycan karateçisi, 5 dəfə dünya, 14 dəfə Avropa çempionu olan Rafael Ağayev ARB TV-nin “Onun sirri” verilişində deyib.

O həmçinin bildirib ki, həmin yarışda qazandığı medal Azərbaycandan kənarda qazandığı ilk medal olub:

“İlk qızıl medalımı anama hədiyyə etdim. Bundan sonra da anama bir çox hədiyyə aldım, amma heç biri anamın 32 qramlıq qızıllarının yerini verə bilməz”.

Qeyd edək ki, Rafael Ağayevin anası bu ilin aprel ayında xərçəng xəstəliyindən dünyasını dəyişib. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678