Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Gorus, Qafan, Sisyan və Laçın dəhlizinə giriş Azərbaycanın nəzarətindədir” – Rizvan Hüseynov

286 Baxış

“Gorus, Qafan, Sisyan və Laçın dəhlizinə giriş istiqamətləri Azərbaycanın nəzarətindədir”.

Turanmedia.az xəbər verir ki, bu barədə Vesti.az-a AMEA İnsan Hüquqları İnstitutunun baş elmi işçisi, hərbi ekspert Rizvan Hüseynov məlumat verib.

“May ayında başlayan sərhəd qarşıdurması noyabrın 16-da Azərbaycanın Ermənistan ərazisində mühüm strateji yüksəklikləri və Gorus, Qafan, Sisyan və Laçın dəhlizinə giriş istiqamətini ələ keçirməsi ilə başa çatıb”, – deyə Hüseynov bildirib.

“Bu, Azərbaycanın və onun tərəfdaşlarının qələbəsidir. Məhz bundan sonra Soçidə, daha sonra Brüsseldə üçtərəfli görüşlər keçirildi. Əslində, nəqliyyat dəhlizlərinin açılması ilə bağlı baş nazir müavinləri səviyyəsində Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli komissiyasının işi artıq irəliləyir”, – ekspert vurğulayıb. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678