Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

AMEA-da baş verən toqquşmaların səbəbləri

138 Baxış

Yaqub Mahmudov yaşına baxmayaraq, kifayət qədər enerjili və həddən artıq milli bir alimdir. R.Mehdiyev bu yaşlı-başlı və təcrübəli akademiki qəfil yola saldı, yerinə gələn daha gənc və Y.Mahmudovun da, ictimaiyyətin də güvəndiyi bir alimdir. İndi bu alimlə də dil tapa bilmir.

Ramiz Mehdiyevin bir çox hallarda sərt tənqidləri olur – yeyintilərlə bağlı, ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməməsi ilə əlaqədar. Doğrusu, bu, AMEA tarixində bəlkə də nadir rast gəlinən haldır. AMEA prezidentlərindən heç biri indiyə qədər ümumi yığıncaq və toplantılarda hansısa direktoru bu qədər açıq tənqid etməyib və ya araşdırma komissiyasının hesabatını cəmiyyətə açıq elan etməyib. Ramiz Mehdiyev bunu edir.

Ancaq inzibati-amirliyə öyrəşən, hazırda səhhəti səbəbindən onu yerinə yetirə bilməyən və yeni texnologiya və elmi yanaşmaları həzm edə bilməyən Ramiz Mehdiyev bu “yeniliklə” iderəetmədə uğur qazanacağını düşünürsə, kökündən yanlışdır. O getməlidir – elə yanındakı, RH-dəki bir çox alimlə birgə. Daha gənc alimlər vəzifəyə gəlməldir və yaxud ümumiyyətlə, idarəetmə üçün yaxşı alim axtarışından əl çəkilməli, yaxşı menecer tapılmalıdır.

AMEA-dakı köhnə ierarxik quruluş dəyişməlidir: akademiklər rəhbərlikdən ayrılmalıdır, gənclər gəlməli, ancaq bu tanınmış, şöhrətli alimlərimizin təcrübəsindən, biliyindən maksimum istifadə edilməli, onların hər birinə xüsusi status verilməlidir – əslində, akademik adı ilə bu statusu alıblar.

Ya nə vaxta qədər yüksək vəzifələrdə çalışa-çalışa akademik olanların vəzifədən çıxarılandan sonra AMEA və yaxud AMEA institutlarında rəhbər olması davam edəcək ki…


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678