Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Həkimdən kişilərə xəbərdarlıq

369 Baxış

Yüksək temperatur, halsızlıq

Üşütmə

Qripə bənzər vəziyyət

Ağrı

Sidiyə çıxarkən ağrı və yanma hissi

Sidiyə çıxarkən təzyiqinin azalması və ifrazın çətinləşməsi

Sidiyə çıxarkən onun tam boşalmamsı,qalıq damla sidik qalması,vəya sonradan sidiyin damla halda axması

Tez-tez sidiyə çıxmaq-Bəzən qanlı sidik-Ağrılı cinsi əlaqə kimi hallar sizdə olursa bilimki bu Prostatit yəni prostat vəzində infeksiya vəya iltihaba səbəb olan faktorlarlarla əlaqədar olaraq yaranan bir xəstəlikdir. Ağrı, yanma, sidik ifrazının pisləşməsi, sidiyin tam boşalmaması(damcı sidik qalma hissi), sidik ifrazında yanma, tez-tez sidiyə çıxmaq, gecələr sidiyə çıxmaq, bel ağrısı, yorğunluq və.s şikayətlərə səbəb olan prostatit, kişilərin həyat keyfiyyətini önəmli dərəcədə azaldır və təxminən hər 10 kişidən 4-ü prostatitdir…

 

Prostatit, prostat vəzinin iltihabı zamanı istifadə olunan ümumi bir termindir. İltihab isə infeksiya və digər faktorlarla əlaqədardır. Prostat yalnız kişilərdə olan bir vəzidir, düz bağırsağın önündə, sidik kisəsinin altında yerləşir. Yetişkin kişidə çəkisi 20-25 qr-dır. Eninə bir çıxıntı ilə iki hissəyə ayrılır, ön hissə sidik kisəsi ilə əlaqədardır və prostatik uretra (arxa sidik kanalı) keçir (sidiyin çıxarılmasını təmin edir), arxa hissədən hissə toxum çıxarıcı kanal (sperma daşıyan kanal) keçir.

Prostatın vəzifəsi – prostat bir vəzidir. Eynı zamanda orqanizmin ikincili cinsi orqanıdır. Ən önəmli vəzifəsi eakulyatın (spermanın) 30-35% təşkil edərək onun həcmini artırır və sulandırır. Beləliklə ifraz olunan eakulyatın həcmini artıraraq spermanın daşınması asanlaşır və mayalanmanı asanlaşdırır. Prostat şirəsində pH 6,5 olur və süd rəngində xüsusi bir iyə malik olan mayedir. Prostat yeniyetmə dövrünə qədər fəal olmur, bu dövrdə aktivliyi artmağa başlayır və 25 yaşa qədər artır, daha sonra isə fəaliyyətində yavaş-yavaş azalma qeyd olunur.

Prostat iltihabı zamanı mikroblar bir başa və ya qan vasitəsilə gəlirlər. Prostatit xəstələrini dəyərləndirmək və müalicə etmək bir o qədər də çətinlik törətmir, lakin ən önəmli xəstəliyin diaqnozunu və klassifikasiyasını təyin etməkdir. Xəstələrin böyük bir qismi müalicənin effekt verməməsi, pelvik ağrı (çanaq və aralıqda-ayaqların arasında) ilə müraciət edirlər. Xəstələrin əksəriyyəti artan və azalan ağrı, sidik ifrazının pozulması, ağrılı və çətinliklə cinsi əlaqədə olmaq və.s şikayətlərlə müraciət edirlər. Ümumiyyətlə, prostatit gənc kişiləri narahat edən bir xəstəlikdir. 50 yaşdan aşağı kişilərdə ən çox qoyulan uroloji diaqnozdur, 50 yaşdan böyük kişilərdə isə 3-cü ən çox uroloji diaqnozdur. Kişilərin 25% -i həyatlarının hər hansı bir dövründə prostatit simptomları olduğunu söyləyirlər.

Prostatitin səbəbləri nələrdir?

İnfeksiyalar: Bakteriyalar (xlamidiya, mikoplazma, trixomonas, qonorreya, viruslar, E.Coli, klebsiella. psevdomonas, enterobakteriya və.s)

Anatomik: Prostaitin başlamasında və inkişafında iki əsas tip anatomik anormallıq rol oynayır – 1-obsturksiya, 2-reflüks. Sidik kisəsinin boynunun böyüməsi, prostat hiperplaziyası (xoş xassəli böyüməsi) və.s faktorlar səbbə olur

Travmatik: Keçirilmiş hər hansı bir travma (pelvik vəya aralıq nahiyədə) prostatit yaranmasına və inkişafına səbəb olur

İmmunoloji-nevroloji və.s

Kişiyə tibbi səbəblə kateter (sidik ifrazı üçün) qoyulması

Anal yolla cinsi əlaqə

Qəbizlik və.s

Prostatitin ümumi simptomları hansılardır?

Çox saylı araşdırmalar ilk simptomun ağrı olduğuni bildirir.Bu ağrı çanaq,aralıq,qasıq,xaya,penis və cinsi əlaqədə boşalma zamanı,sidik ifrazı vaxtı və.s nahiyələrdə və hallarda olur,kəskin hallarda temperaturun yüksəmləsi,sidik ifrazının təzyiqinin (sürətinin), spermanın atılmasının sürətinin azalması müşahidə olunur.Cinsi pozğunluqlara da səbəb olur( ereltil disfunksiya, erkən boşalma və.s)

 

Prostatitin bir neçə növləri vardır.

 

Prostat iltihabı (prostatit) 4 növdə olur:

 

Kəskin bakterial prostatit

Xroniki bakterial prostatit

Bakterial olmayan prostatit (xroniki çanaq ağrı sindromu) a) prostat şirəsində mikrob olmur,yalnız iltihab hüceyrələri olur; b) prostat şirəsində mikrob və iltihab hüceyrələri olmur, yalnız xroniki ağrı olur

Simptomsuz prostatit ( hər hansı bir şikayət olmadığı halda,prostatit olması)

Kəskin bakterial prostatit

Xəstəliyin ən az lakin ən ciddi formasıdır. Əsasən 50 yaşdan gənclərdə olur. Yaranmasında bakteriyalar (mikroblar) rol oynayır.

 

Diaqnozu üçün Sidiyin müayinəsində leykositlərin artması, hematuriya (sidikdə qanın olması), bakteriuriya (mikrobların olması), prostat şirəsinin müayinəsi, rektal müayinə (prostatın ödemli-şişkin olması), USM (ultrasəs müayinəsi) və xəstənin şikayətləri.

Kəskin prostatitlər yaxşı müalicə edilməzsə prostat absesi yarana bilər.Prostat absesi Kəskin bakterial prostatitin ağırlaşmasıdır. Şəkər xəstəliyi (diabetes mellitus) zamanı daha çox rast gəlinir. Rektal (düz bağırsaqdan) USM və ya KT (kompüter tomoqrafiya) ilə dəqiqləşdirilir.

 

//Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678