Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Anar Rzayev: “İşğaldan azad edilmiş torpaqlarımıza səfərlər reinteqrasiya prosesində mühüm rol oynayacaq”

118 Baxış

“Sərnişinlər hazırda avtobuslarda əyləşiblər. Bu, mərasimdə iştirak edənlər, habelə etməyənlər üçün, bir sözlə, hər birimiz üçün böyük bir xoşbəxtlikdir”.

Turanmedia.az Apa-ya istinadən xəbər verir ki, bunu Şuşa və Ağdam şəhərlərinə ilk sərnişin avtobuslarının yola salınmasından əvvəl Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Anar Rzayev jurnalistlərə açıqlamasında bildirib.

Hər bir sərnişini əlamətdar gün münasibətilə təbrik edən xidmət rəisi əlavə edib ki, belə səfərlər işğaldan azad edilmiş torpaqlarımızda humanitar, sosial, eyni zamanda iqtisadi reinteqrasiya prosesində mühüm rol oynayacaq.  //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678