Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bugünkü yaz havası meteohəssas insanlar üçün əlverişli olub

110 Baxış
“Od çərşənbəsinin yaxınlaşması həmişə havanın istiləşməsindən xəbər verir”.

Turanmedia.az Apa-ya istinadən xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. O deyib, Od çərşənbəsinin səhər saatlarından müşahidə edilən çiskinli yağış havanı təmizləyib, oksigenlə zənginləşdirib. Nisbətən yüksək atmosfer təzyiqi fonunda mülayim sakit yaz havası meteohəssas insanlar üçün əlverişli olub:

“Havanın maksimal temperaturu bu gün günorta saatlarında 14 dərəcəyə yaxınlaşaraq iqlim normasından yüksək temperatur rejiminin davam etməsinə “dəstək” verəcək. Müqayisə üçün bildirim ki, keçən il Od çərşənbəsində temperatur iqlim normasından 1 dərəcə aşağı olub. Son 10 ildə Bakıda və Abşeron yarımadasında od çərşənbəsində ən yüksək temperatur 2014-cü ildə 16.4 dərəcə isti, ən aşağı temperatur isə 2019-cu ildə 2 dərəcə isti qeydə alınıb”.

G.Məmmədovanın sözlərinə görə, Od çərşənbəsində ən çox yağıntı 2020-ci ildə müşahidə edilib. Düşən yağıntının miqdarı Sumqayıtda 12 mm-ə çatıb.  //Turanmedia.az
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678