Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kim Çen Inın açıqlaması nəyə işarədir? – Dünya Müharibəsi ehtimalı güclənir – ÖZƏL AÇIQLAMA

116 Baxış
Şimali Koreya lideri Kim Çen Inın komandanlarına Üçüncü Dünya Müharibəsinə hazırlaşmağı tapşırması dünyada böyük səs-küy yaradıb. Bir çox siaysi ekspertlər və dövlət xadimləri Kim Çen Inın “Üçüncü Dünya Müharibəsinə hazır olun” göstərişini verməsini böyük bir faciənin başlanğıcı kimi xarakterizə edirlər.

Turanmedia.az xəbər verir ki, mövzunu KONKRET.az-a şərh edən politoloq İlyas Hüseynov bildirib ki, hazırda Rusiya və Ukrayna arasında gedən müharibə Şimalı Koreya liderini dilə gətirib: “Davamlı olaraq Qərbi tənqid edən Şimali Koreya liderinin Üçüncü Dünya müharibəsi ilə bağlı çağırışları və təhdidləri reallığa uyğundur. Çünki Kim Çen In həm də nüvə qüvvələrinin hərəkətə gətirilməsi və hazır vəziyyətdə olması istiqamətində tapşırıq verib. Təbii ki, nüvə müharibəsinin olması bəşəriyyət üçün təhlükədir. Lakin Şimali Koreya lideri bütün bu reallıqları nəzərə alıb. Günümüzün reallıqlarından çıxış edərək onun sözlərində həqiqət olduğunu deyə bilərik. Bu gün dünyanın bölüşdürülməsi istiqamətində gedən mübarizə, Rusiyaya qarşı sanksiyaların tətbiq olunması, müxtəlif koalisiyaların yaradılması və digər məsələlər soyuq müharibənin daha çox isti fazaya keçdiyini deməyə əsas verir”.

İlyas Hüseynov əlavə edib ki, soyuq müharibənin ən qızğın çağında Karib böhranı müşahidə edilərkən vəziyyət tamamilə fərqli idi. Onda Varşava İqtisadi blokuna daxil olan dövlətlər Qərbə doğru irəliləyirdilər. İndi isə NATO blokunun üzvləri Şərqə doğru hərəkət edirlər. Nəticədə bunun qarşısını almağa çalışan Rusiya təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlarda öz istədiyi nəticəni almayaraq Ukraynaya hərbi müdaxil edir. Ukrayna ərazsində gedən proseslər təbii ki, bütün dünyanın diqqət mərkəzindədir. Uzaq şərqdə yerləşən Şimali Koreya da bu proseslərdən nəticə çıxararaq, Üçüncü Dünya müharibəsinin olacağını açıqlayır. Bu fikirlərdə həqiqət var. Çünki müxtəlif dövlətlərin bloklara qoşulması və nüfuz bölgüsündə iştirak etməsi belə bir vəziyyəti labüd edir. Yəni Üçüncü Dünya müharibəsinin baş verəcəyi ehtimalı get-gedə güclənir”.  //Turanmedia.az
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678