Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ukraynaya işğala getmişdilər, RƏZİL GÜNƏ QALDILAR – ŞOK VİDEO

146 Baxış

Ukraynaya işğal məqsədilə girən Rusiya ordusu acınacaqlı durumdadır.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, görüntülərdə rus əsgərləri 3-4 gün Ukraynanın çöllərində atıldıqlarını bildiriblər. Onların dediklərinə görə, bu müddətdə azuqələri tükənib, yatmağa yerləri belə yoxdur.

Soyuqda, qarın içində ac-susuz qalan hərbçilər deyir ki, onları aldadıblar. Rus hərbçiləri onları təlim keçmək adı ilə gətirdiklərini, indi isə 3-4 gündür atıb getdiklərini deyiblər.

“Bizi 3 və ya 4 gün olar ki, burada buraxıb gediblər. Nə yeməyimiz var, nə suyumuz, nə yatmağa yerimiz. Üç gündür yemək yemirik, yatdığımız yer də bu torpaqdır. Ayaqlarımız suyun içindədir. Bizi burada gözlədirlər ki, hansısa sənədə qol çəkək. Biizi tərxis etmək üçün qol çəkdirəcəklər, həm də əvvəlki tarixə qol çəkəcəyik. guya biz müharibədə olmamışıq, Bu gün bizi qərargaha aparacaqlar.

Heç kim onların dediyi ilə razı deyil. Onlar özlərini qorumaq üçün bizi güdaza verirlər. Kim bacarıb, sağ çıxıb müharibədən hamısı burdadır. Onlar bizə sənədə qol çəkdirmək istəyirlər ki, biz guya burda olmamışıq, polkda qalmışıq. Amma biz burdayıq. Onlar bizi bura təlim adı gətiriblər, amma biz müharibənin ortasına düşmüşük. Meyitləri aparmırlar. İndi gözləyirik, bizi sadəcə aparıb sərhəddən keçirəcəklər. Üç gündür bizə deyirlər ki, gəlib aparacaqlar bizi, amma heç kim gəlmir, aparmır bizi. Qalmışıq burda çölün düzündə. Bilmirik nə edək?”, – deyə hərbçilər şikayətləniblər.  //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678