Azərbaycan bankları Rusiya ilə bağlı xəbərdarlıq etdi: Səfər etməmiş pulu nağdlaşdırın
107 Baxış
Azərbaycanda bir sıra banklar Rusiyada səfərdə olan, yaxud bu ölkəyə yaxın günlərdə səfər planlaşdıran müştərilərinə xəbərdarlıq edib.
Turanmedia.az xəbər verir ki, bu barədə “Banker.az”ın əldə etdiyi məlumatda deyilir.
Məlum olduğu kimi, Visa və Mastercard beynəlxalq ödəniş sistemləri Rusiya bazarında fəaliyyətlərini dayandırdıqlarını elan edib.
Bildirilir ki, bu səbəbdən Azərbaycan banklarının kartları Rusiya ərazisində işləməyəcək.
‘Bunu nəzərə alaraq bank kartınızla vəsaitlərinizi ATM-lərdə nağdlaşdırmağınızı, yaxud nağdsız ödəniş əməliyyatlarını əvvəlcədən həyata keçirməyinizi tövsiyə edirik’- deyə məlumatlarda qeyd edilir. //Turanmedia.az