Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmağa hazır olduğunu BƏYAN ETDİ

110 Baxış

Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmağa hazır olduğunu bəyan edib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə ilə sərhədi açmağa hazır olduğunu açıqlayıb

Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazırdır.

“Türkiyəli həmkarımdan prosesin bu məqsədə doğru aparılması üçün siyasi iradənin olduğunu eşitməkdən məmnunam. Hesab edirəm ki, biz sürətlə dəyişən dünyada konkret addımlar atmaqdan çəkinməməliyik”, – deyə XİN rəhbəri əlavə edib.

Mirzoyan martın 12-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Yanvarda Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə ilə mümkün diplomatik münasibətlərin qurulmasını və iki ölkə arasında sərhədlərin açılmasını məntiqli adlandırıb. Onun sözlərinə görə, belə bir addım bütün beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Türkiyə ilə Ermənistan arasında sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678