Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ermənistan Qarabağdan imtina edib – Erməni nəşrindən SENSASİON YAZI

104 Baxış
Ermənistan Qarabağdan tamamilə imtina edib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu “Joqovurd” qəzeti yazır. Azərbaycanın davamlı olaraq Ermənistanı sülh danışıqlarına vadar etməsi erməni cəmiyyətində birmənalı qarşılanmayıb. Erməni mediası 5 təklif içərisində Qarabağa aid bir cümlə olmadığını bildirir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın sözlərinə görə, münasibətlərin normallaşması baxımından Ermənistana təqdim olunan 5 bənddə qəbuledilməz heç nə yoxdur.

“Joqovurd” qəzeti 5 təklifin nədən ibarət olduğunu yazmasa da, rəsmi İrəvanın Bakı qarşısında aciz qaldığını qeyd edib:

”İndiki vəziyyətdə Cənubi Qafqazda güc Azərbaycandadır. Bu regionda indi güc kimi Rusiya da Azərbaycanla hesablaşır. Məhz bu səbəbdən rəsmi İrəvan deyilən bütün təkliflə razılaşmalıdır. Çünki əgər yeni müharibə başlasa Azərbaycan Ermənistanı çox ağır cəzalandıracaq. Elə bu nüans Ararat Mirzoyanın çıxışında da hiss olunurdu.”- nəşr yazıb.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın sözlərinə görə,” Azərbaycanın irəli sürdüyü beş bənddə qəbuledilməz heç nə yoxdur. Ararat Mirzoyanın bir-birinin ərazi bütövlüyünü tanımaqla nə demək istədiyini öyrənmək qalır. Bir sözlə Qarabağ Azərbaycan ərazisidir və biz razılaşmışıq”. \\Alp.az
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678