Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ərdoğan: “Ukrayna və Rusiya 6 bənddən 4-də demək olar ki, razılaşıblar”

121 Baxış
“Ukrayna və Rusiya danışıqlar prosesi zamanı altı bənddən dördü üzrə konsensus əldə edib”.

Turanmedia.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə bildirib ki, Ankara Ukraynadakı müharibəni bitirmək üçün əvvəldən böyük səylər göstərib.

Ərdoğan bu səylər çərçivəsində bir çox liderlərlə danışıqlar apardığını, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun isə bir neçə dəfə başqa ölkələrdən olan həmkarları ilə görüşdüyünü qeyd edib.

Türkiyə dövlətinin başçısı Rusiya xarici işlər naziri Sergey Lavrovla Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında Türkiyə tərəfinin səyləri ilə Antalyada təşkil olunmuş görüşü də xatırladıb.  //Turanmedia.az
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678